BMT koronavirusa görə yoxsul ölkələrə 2 milyard yardım ayıracaq
    • 25-03-2020, 23:45
    • 857

BMT koronavirusa görə yoxsul ölkələrə 2 milyard yardım ayıracaq

Birləşmiş Millətlər Təşkilatı (BMT) yeni növ koronavirusa qarşı mübarizə məqsədilə dünyanın ən yoxsul ölkələrinə 2 milyard dollarlıq humanitar yardım ayıracaq.

News24.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş açıqlama verib.
"Koronavirus bütün bəşəriyyəti təhdid edir və ölkələrin fərdi mübarizəsi kifayət etməyəcək.

Dünyanın virusa qarşı ortaq bir mübarizəsi olmalıdır",- deyə Baş katib qeyd edib.
Quterreş bütün ölkələri yardım planına dəstək göstərməyə çağırıb.