Tanınmış musiqiçi təyyarə qəzasında - ÖLDÜ

Tanınmış musiqiçi təyyarə qəzasında - ÖLDÜ Şou

"The Devil Wears Prada" qrupunun keçmiş nağaraçısı Deniel Uilyams ən azı iki nəfərin ölümünə səbəb olan təyyarə qəzasında həyatını itirib.

News24.az xəbər verir ki, 39 yaşlı musiqiçinin qəzadan saatlar əvvəl təyyarədən son paylaşımı ürək ağrıdıb. 

Uilyams paylaşımına “Mən indi ikinci pilotam” şərhini yazıb.

Onu da qeyd edək ki, Uilyamsla təyyarədə olan həmkarı Deyv Şapironun da qəzada öldüyü müəyyən edilib.

QƏZA

Çərşənbə günü saat 23:15-də Nyu Cersi ştatının Teterboro hava limanından havaya qalxan və Kanzasda yanacaq doldurduqdan sonra Kaliforniyaya gedən təyyarə San Dieqoda yaşayış massivində qəzaya uğrayıb. Qəza nəticəsində çoxlu sayda ev və avtomobilə ziyan dəyib. İ

Hadisə yerinə 50-dən çox polis göndərilib, ətrafdakı bütün evlər təxliyə edilib. 100-ə yaxın insan ərazidəki ibtidai məktəbə yerləşdirilib.

Günel Məlikzadə


Tanınmış musiqiçi təyyarə qəzasında - ÖLDÜ