Məşhur həndbolçu öldü
    • 24-05-2025, 00:12
    • 610

Məşhur həndbolçu öldü


Keçmiş Yuqoslaviya millisinin və Serbiyanın əfsanəvi həndbolçusu Vesna Abutovic Tomajek uzun sürən ağır xəstəlikdən sonra 63 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə “Nezavisne.com” məlumat yayıb.

O, bütün karyerasını vətənində keçirib, “Srvena Zvezda”, “Sombor” və “Banja Sekuliç” komandalarında çıxış edib.

Müntəzəm olaraq Yuqoslaviya millisinə çağırılıb.