"Qarabağ"ın qapıçısı Rusiyaya qayıdır? - Hələ tamamlanmamış işlərim var
    • 24-05-2025, 03:12
    • 482

"Qarabağ"ın qapıçısı Rusiyaya qayıdır? - Hələ tamamlanmamış işlərim var


Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəyiev karyerasını “Qarabağ”da davam etdirmək istəyir.

Bu barədə Teleqraf-a 30 yaşlı qolkiperin özü açıqlama verib.

O, Rusiya klublarından təklif almasına dair iddiaları təkzib edib: “Söz-söhbətlər çoxdur, amma mən “Qarabağ” klubunun oyunçusuyam”.

Məhəmmədəliyev Ağdam təmsilçisindən ayrılmaq niyyətində olmadığını bildirib: “Burada uzun müddət qalmaq, komandaya fayda vermək istəyirəm. “Qarabağ”da hələ tamamlanmamış işlərim var".

Qeyd edək ki, 30 yaşlı “əlcək sahibi” 2023/2024 mövsümündə Türkiyənin “Adana Demirspor” komandasında çıxış etdikdən sonra ötən yay 1 illik müqavilə əsasında “Qarabağ”a transfer olunub.