Gecə tualetə getdi, - ilanla qarşılaşdı

Gecə tualetə getdi, - ilanla qarşılaşdı Dünya

Tailandın paytaxtı Banqkokda bir evdə piton qorxu yaradıb. 

News24.az xəbər verir ki, tualetdən istifadə etmək üçün evinin hamamına girən Tattam Hannaronq tualetdə böyük bir pitonla qarşılaşıb.

Hannaronoq xilasetmə qruplarına müraciət edib. Evə gələn xilasetmə qrupları qısa müddətdə tutduqları ilanın Cənub-Şərqi Asiyaya məxsus "torlu piton" növü olduğunu və təxminən 2,5 metr uzunluğunda olduğunu bildiriblər.

Onu da qeyd edək ki, mütəxəssislər Taylanddakı vətəndaşlara musson mövsümündə ilanların kanalizasiya sistemləri vasitəsilə evlərə daxil olma ehtimalının artdığı barədə xəbərdarlıq ediblər.

Günel Məlikzadə