Məşhur aktyorun ölüm səbəbi bəlli oldu

Məşhur aktyorun ölüm səbəbi bəlli oldu Dünya

Britaniyalı aktyor, “Ulduz yolu” serialında kapitan Pikar obrazını canlandıran Patrik Stüartın ölümünə ürək dayanması səbəb olub. Bu, Levi cisimcikləri ilə əlaqəli neyrokoqnitiv pozuntu fonunda baş verib.

News24.az xəbər verir ki, bu barədə TMZ aktyorun ölüm şəhadətnaməsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Stüart Alzheimer xəstəliyi və Levi cisimcikləri ilə bağlı demensiyadan əziyyət çəkib.

Ölümün birbaşa səbəbi isə neyrokoqnitiv pozuntu fonunda ürək və ağciyərlərin fəaliyyətinin dayanması olub.

Məlumata görə, aktyorun cənazəsi su vasitəsilə kremasiya edilib.