Gürcüstanda partlayış: Dağıntılar altından uşağın cəsədi çıxarıldı

Gürcüstanda partlayış: Dağıntılar altından uşağın cəsədi çıxarıldı Dünya

“Xilasetmə əməliyyatları faktiki olaraq başa çatıb. Dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb, onların arasında bir uşaq da var. Xilasedicilər ümumilikdə 5 vətəndaşı tibb müəssisəsinə çatdırıblar”.

News24.az xəbər verir ki, xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili bildirib.

Nazir təsdiqləyib ki, həlak olan 7 yaşlı qız xilas edilən 3 yaşlı Tayadırın bacısı olub.

Qeyd edək ki, dağıntılar altından çıxarılan ölənlər arasında xilas edilmiş azyaşlı uşağın anası da var.

Nazirin sözlərinə görə, xəsarət alan 5 nəfərdən yalnız birinin vəziyyəti kritik ağırdır.