75 ölkə Çinə borc - qaytaracaq

75 ölkə Çinə borc - qaytaracaq İqtisadiyyat

Dünyanın ən kasıb ölkələri bu il Çinə borclarını qaytarmalıdırlar.

News24.az xəbər verir ki, "Lowy" İnstitutunun dərc etdiyi yeni təhlil, 75 ən yoxsul ölkənin 2025-ci ilə qədər Çinə rekord məbləğdə,yəni, 22 milyard dollar borcunu qaytarmalı olacağını bildirib.

Hesabatda vurğulanıb ki, Çinin inkişaf etməkdə olan ölkələrə yönəlik kredit siyasətləri indi dəstəkdən çox yığıma çevrilib.

“Çinin inkişaf etməkdə olan dünya üçün bankir deyil, borc yığan ölkəsi olacağı” ifadə edilən hesabatda Pekin administrasiyasının qəsdən “borc tələsi” yaratdığı iddia edilir.

Günel Məlikzadə