Nazənin izləyicisi haqda:
    • 20-08-2019, 10:38
    • 1 330

Nazənin izləyicisi haqda: "Şərəfsiz, ləyaqətsiz, atasını tanımayan" - FOTO

Müğənni Nazənin Salayeva izləyicisi ilə bağlı paylaşım edib.

News24.az xəbər verir ki, ifaçı ona sosial şəbəkədə söyüşlü şərh yazan şəxs haqda bunları yazıb: "Bu şərəfsiz, ləyaqətsiz, kişi adına, Azərbaycan oğlu adına ləkə gətirən biqeyrəti, atasını tanımayanı tanıyan varsa, mənə yazsın. Belə binamusların artıq kökünü kəsmək lazımdır. Ana-bacısından bixəbər olan şərəfsiz sənin kimilər Azərbaycan qanını 100 faiz daşımır. Bilinmir erməni qanıdır, erməni südüdür. Sən haranın zibilisən ki artıq əskik yazırsan. Kişisən nömrəni yaz, bizdə tədbirimizi görək. Bu şərəfsizi taniyan, nömrəsini bilən varsa mənə yazsin".

Bir müddət sonra isə ifaçı yenidən paylaşım edərək həmin şəxsi tapdığını, onun Bərdədə yaşadığını və çox insana qarşı dələduzluq etdiyini bildirib. N.Salayeva hüquq mühafizə orqanlarına müraciət edəcəyini də açıqlayıb.