-
- 16-10-2018, 16:00
- 2 132
Toliklə Nazənin arasında QALMAQAL
Prodüser-aparıcı Tarix Əliyevlə, müğənni Nazənin arasında mübahisə yaranıb.
News24.az xəbər verir ki, T.Əliyev, bu barədə instagram hesabında məlumat verib. O, Nazəninin şəklini paylaşıb və ona ismarıc göndərərək yeni qalmaqalın əsasını qoyub:
“Şəklini qoyub, yazmağımın səbəbi var. Bilirsən ki, səni neçə ildir tanıyıram və özünə də, ailənə də hörmətim var. Mən və mənim işlədiyim Xəzər Tv kanalı heç vaxt kiminsə zakazı ilə nə mövzu qoyub, nədə ki, mövzu dəyişib. Birdən elə bilərsən ki, səndən qorxub adını deməmişik. Əsla, sən bil ki, mən veriliş aparmayanda da öz sözümü demişəm, deyirəm də. Anons deyilən bir şey var ki, həmişə maraqlı süjetlər olmalıdır ki, baxılsın.
Adını çəkməsəm belə mənim verilişim baxımlı olur. Kiməsə hörmət qoyuramsa, o demək deyil ki, ondan qorxuram. Sən bəyəm xalq artistlərindən artıq deyilsən ki, hamıdan danışırlar verilişdə. Əgər mən kiminsə adını çəkirəmsə deməli həmin adam mənə yaxındır. Elə bilirsən ki, kimlərsə ağzımı yuma bilər? Yanılırsan!” deyib
Qeyd edək ki, iddialara görə prodüser aparıcısı olduğu “Hər şey daxil” verilişinin bu günkü anonsunda Nazənin Salayeva və düşmən olduğu Təranə Qumralın görüntüləri yayımlanıb. N.Salayeva isə həmin görüntülərdən narahat olaraq verilişdən çıxarılmasını istəyib.
//Şəlalə Ağayeva