Mətanətin Sərxana cavabı: “Allahın sənə verdiyini çoxdan itirmisən”
    • 21-08-2018, 12:36
    • 1 894

Mətanətin Sərxana cavabı: “Allahın sənə verdiyini çoxdan itirmisən”

Prodüser Tarix Əliyevin aparıcılığı ilə yayımlanan “Hər şey daxil” verilişində müğənni Mətanət Əsədovanın yayılan məlum videosuna aydınlıq gətirilib.

Proqrama qonaq olan M.Əsədova sözügedən məclislə bağlı danışıb. O, Gəncədə toy məclisində olduğunu, oradan isə Şamaxıya müğənni Valeh İsrafilovun qohumum xeyir işinə yollandıqlarını bildirib. Video isə yolüstündə yemək fasilə zamanı çəkildiyini deyib. Hətta həmin vaxt dəfələrlə görüntülərin çəkilməsinə etiraz etdiyini də açıqlayıb.

Müğənni videonu çəkən adamla bağlı bunları deyib:

“Görüntüləri, televiziyaya, internetə verənləri, medianı qoyuram bir kənara. Bu haqda hələ danışmıram. Bu ilan içimizdədir. Kişi adını korlama! Azərbaycan kişisi adına mənim böyük hörmətim var və bu adı ləkələmək olmaz. Azərbaycandan kənarda adımızı qoruyan mərd oğullarımız, səngərdə əsgərlərimiz, bizim yolumuzda canını qurban verən şəhidlərimiz var. Mən səni ancaq bir məqama görə bağışlayacağam. O da ki, şəhid qardaşındır. Sənə haram olsun şəhid qardaşın”.

Mətanət Əsədova Sərxan Kərəmoğlunun sərt ittihamlarını da cavabsız qoymayıb:

“Mən bir adamı bağlamayacağam. Kişi adına xələl gətirən, mənə diqqətlə qulaq as! Deyirsən ki, Azərbaycan qadının adına xələl gətirirəm. Gəl gedək həkimə. Mən özümü qadın kimi sübut edəcəyəm, amma sən kişi kimi özünü sübut edə bilməyəcəksən.

Mən ordan-burdan düşmən axtarıram, amma biz bir-birimizə ləkə yaxırıq. Bir gün mənim üçün gözyaşı axıdırsan, verilişinə çağırıb öpürsən. Bir yerim qalmadı daha ordan öpməyəsən. Səhəri gün isə fikrini dəyişirsən. Sən incəsənətə mundarlıq gətirirsən. Səni gör mən nə edəcəyəm. Sənin başına bir oyun açacağam ki, ömür böyu yaddan çıxarmayacaqsan. Yerə soxum səni, mundar, şərəfsiz... Allahın sənə verdiyini çoxdan itirmisən. Mənə nə edəcəksən?”

Daha sonra isə efirə rəqqasə Fatimə Fətəliyeva qoşulub. Aparıcılıq etdiyi verilişdə Mətanət Əsədovaya dəstək olmayan rəqqasə bunun səbəbini belə açıqlayıb:

“Qadın olaraq Mətanəti çox gözəl başa düşürəm. Heç kimi qoymaram ki, Azərbaycan xanımının ünvanın nə isə əskik söz desin. Dünən isə verilişdə vaxt qalmadı. Ona görə də söz deyə bilmədik. Amma mən necə ki, bir neçə gün öncə Mətanətə dəstəyəm, bu gün də eyni fikirdəyəm”.

Teymur Məmmədov