Bu qidalar sizi - ÖLDÜRÜR
Sağlamlıq
Aparılan yeni bir araşdırma, ultra emal olunmuş qidaların təkcə sağlamlığa deyil, həm də gözlənilən ömür uzunluğuna ciddi təsir etdiyini ortaya çıxardıb. Araşdırmaya görə, bu qidalardan alınan kalorilərin hər 10 faiz artması vaxtından əvvəl ölüm riskini 3 faiz artırır.
News24.az xəbər verir ki, araşdırma Kolumbiya, Braziliya, Çili, Meksika, Avstraliya, Kanada, Böyük Britaniya və ABŞ-də aparılıb.
Tədqiqatın aparıcı müəllifi Eduardo AF Nilson, “Ultra işlənmiş qidaları nə qədər çox istehlak etsəniz, risk bir o qədər çox olar” deyərək bu qidaların təhlükəsinə diqqət çəkib.
Araşdırma göstərir ki, ultra emal olunmuş qidaların qəbulunun yalnız 10%-ni kəsmək və onları tam və ya minimal işlənmiş qidalarla əvəz etmək ölüm riskinizi azalda bilər.
Ultra emal olunmuş qidalar bunlardır:
- Paketlənmiş keks və peçenyelər
- Şirniyyatlar, şokoladlar
- Dondurmalar
- Qazlı içkilər
- Meyvə aromalı içkilər (əsl meyvə suyu olmayan)
- Enerji içkiləri
- Buzlu çaylar
- Fast food (hamburger, nugget, kartof qızartması)
- Hazır şorbalar
- Hazır makaronlar (məsələn, noodle)
- Dondurulmuş pizza və piroq məhsulları
- Hazır souslar (ketçup, mayonez, barbekü sousu və s.)
- Emal olunmuş ət məhsulları
- Yoqurtlar, şirinləşdirilmiş süd məhsulları
Günel Məlikzadə