Uşaqlar pampersdən nə vaxt çıxmalıdır?

Uşaqlar pampersdən nə vaxt çıxmalıdır? Maraqlı

Uşağı pampersdən çıxarmaq hər bir valideyn üçün vacib mərhələlərdən biridir.

Bu mərhələni keçmək həm uşaq, həm də valideynlər üçün heç də asan olmur.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqların 18-36 ayları arasında  onlar pampersdən çıxa bilər:

“Yaxşı olar ki, bu prosedura yay aylarında başlanılsın. İsti havalarda balacalar yüngül, geyinib-soyunması daha asan olan yay paltarında olurlar. Bu müddətdə uşağa qətiyyət hirslənmək, onu sinir etmək olmaz. Çünki , bu hal uşaqda  sonra kəkələməyə və pampersdən uzun müddət çıxmamağa səbəb ola bilər. Bu səbəbdən də valideynlər bu dövrdə daha səbrli olmalıdır”.