Flora Kərimovadan Rəşad Atakişiyev haqda duyğusal paylaşım:
    • 21-08-2019, 10:30
    • 1 313

Flora Kərimovadan Rəşad Atakişiyev haqda duyğusal paylaşım: "Xəzər lay- lay deyib, çağladı"

"İndi rahat uyu Oğul! Səni Xəzər lay- lay deyib çağladı, xidmətində olduğun Vətən torpağı sənin qoynunda uyuyacaq..."

News24.az xəbər verir ki, bu sözləri xalq artisti Flora Kərimova Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən, ötən gün isə nəşi tapılan Rəşad Atakişiyev haqda etdiyi paylaşımda yazıb: "Sevənlərin Səni görmək üçün gələcəkləri, hər Vətəndaşa nəsib olmayan Vətən-daşın var. Azərbaycan Səni fəxirlə anacaq. Ruhun şad olsun oğul! Başın sağ olsun Vətən!"