SON DƏQİQƏ: "Miq-29" təyyarəsinin pilotunun NƏŞİ TAPILDI
    • 20-08-2019, 12:25
    • 3 180

SON DƏQİQƏ: "Miq-29" təyyarəsinin pilotunun NƏŞİ TAPILDI

Iyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Bunu News24.az-a politoloq Qabil Hüseynli deyib. 

O vurğulayıb ki, mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Hazırda DNT analizi götürülür. Rəşadla vida mərasimi sabah yaşadığı evdə keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq. 
 
Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır. 

Allah rəhmət eləsin!