Taleyinizlə oynamağı dayandırın: - Bu vərdiş həyatınızın ən azı 10 ilini alır

Taleyinizlə oynamağı dayandırın: - Bu vərdiş həyatınızın ən azı 10 ilini alır Gündəm

Hamımız uzun və sağlam yaşamaq istəyirik. Amma bir çox insan fərqinə varmadan ömrünü qısaldan bir vərdişi hər gün təkrarlayır. 

News24.az xəbər verir ki, bu vərdiş nə siqaret, nə də alkoqoldur. Söhbət xroniki stressdən gedir.

Daim gərginlikdə yaşamaq, son tarixlərin ardınca qaçmaq və istirahəti təxirə salmaq orqanizm üçün saatla işləyən bombadır.

Zərərləri:

Yüksək təzyiq və ürək-damar xəstəlikləri riski,

İmmunitetin zəifləməsi,

Həzm pozuntuları,

Narahatlıq və depressiya,

Hüceyrələrin qocalmasını sürətləndirmə və s.

Mütəxəssislər xəbərdarlıq edir ki, istirahət lüks deyil, zərurətdir. Gündəlik rahatlanma üçün vaxt ayırmaq, fiziki və emosional sağlamlığı qorumağın əsas şərtidir.

Aqil