Unitazdan daha çirkli - 5 ƏŞYA

Unitazdan daha çirkli - 5 ƏŞYA Maraqlı

Kaliforniyalı təcili tibbi yardım həkimi Dr. Joe Whittington, evdə gündəlik istifadə etdiyimiz, lakin ciddi miqdarda bakteriya daşıyan beş əşyanı açıqlayıb. Dr. Whittington-un paylaşdığı məlumatlar bir çox insanı təmizlik vərdişlərini yenidən nəzərdən keçirməyə vadar edib.

News24.az xəbər verir ki, məlumata görə, orta hesabla bir unitaz qapağının hər kvadrat düymündə 50 koloniya əmələ gətirən vahid (CFU) bakteriya olur. Ancaq bu siyahıya düşən bəzi ev əşyaları bu rəqəmin qat-qat üzərində bakteriya daşıyır.

EVDƏ UNİTAZDAN DAHA ÇİRKLİ OLAN 5 ƏŞYA:

1. Televizor pultu

Təxminən 5.000 CFU bakteriya daşıyır. Bu da onu unitaz qapağından 100 dəfə daha çirkli edir.

2. Kəsmə taxtası

Xüsusilə çiy ət və tərəvəzlər üçün istifadə olunan taxtalarda 10.000 CFU-ya qədər bakteriya ola bilər. Yəni unitaz qapağından 200 dəfə daha çirklidir.

3. Mobil telefon

Həyatımızın ayrılmaz hissəsinə çevrilmiş bu cihazda təxminən 25.000 CFU bakteriya olur. Bu da onu unitaz oturacağından 500 dəfə daha çirkli edir.

4. Yastıq üzlüyü

Bir həftə boyunca yuyulmayan bir yastıq üzlüyü tam 3 milyon CFU bakteriya daşıya bilər!

5. Mətbəx süngəri

Siyahının ən çirkli əşyasıdır. Tam 10 milyon CFU bakteriya ehtiva edir. Bu isə onu unitaz qapağından 200.000 dəfə daha çirkli edir.


Məryəm İlhamqızı