"Wikipedia"nın sahibi məhkəməlik oldu - Milyonluq iddia

"Wikipedia"nın sahibi məhkəməlik oldu - Milyonluq iddia Dünya

Moskvanın Taqanski Məhkəməsi "Wikipedia" elektron ensiklopediyasına sahib olan Vikimedia Fonduna qarşı pedofiliyanın təbliğatı ilə bağlı protokol tərtib edib. 

News24.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Protokolun iyunun 2-də qeydə alındığı bildirilir. İş üzrə məhkəmə iclası iyunun 23-ü saat 10:00-a təyin edilib.

İş materiallarında bildirilir ki, fond İnzibati Xətalar Məcəlləsinin (İXM) 6.21.1-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqda ittiham olunub. Qeyd olunur ki, fond bir neçə milyon rubl məbləğində inzibati cərimə və ya fəaliyyətinin inzibati dayandırılması ilə üzləşir.

Aqil