Tramp dünya liderlərindən rədd cavabı aldı
    • 5-06-2025, 21:12
    • 793

Tramp dünya liderlərindən rədd cavabı aldı

ABŞ Prezidenti Donald Tramp 48 saat ərzində dünya liderlərindən üç rədd cavabı alıb.

News24.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

“Söhbət Rusiya, Çin və İran liderlərindən gedir. Bu, onun seçki kampaniyası zamanı müqavilə bağlayacağına söz verdiyi ölkələrdir. Tramp Ukraynadakı münaqişəyə son qoyacağına, Çin sədri Szinpinlə ticarət razılaşmasına nail olacağına və İranın nüvə proqramı ilə bağlı saziş imzalayacağına söz verib, lakin o, verdiyi vədləri yerinə yetirməyib”, - məlumatda deyilib./Axar.az