
-
- 5-06-2025, 18:27
- 370
Pezeşkian İrəvana səfər edəcək
İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri baş tutacaq.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, parlamentdə çıxşı zamanı Tehran və İrəvan arasında əlaqələrin inkişaf etdiyini söyləyib.
“İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər hər zaman baş verir. Biz İran liderinin Ermənistana səfərini gözləyirik”, – Mirzoyan bildirib.