"Qaynanasına qənim kəsilən kürəkən" - arvadını və qaynanasını döyüb xəstəxanalıq etdi
    • 21-08-2019, 23:25
    • 1 398

"Qaynanasına qənim kəsilən kürəkən" - arvadını və qaynanasını döyüb xəstəxanalıq etdi

Xəzər rayonunda döyülmə hadisəsi baş verib.
News24.az xəbər verir ki, Bakıda kişi həyat yoldaşını və qayınanasını döyərək xəsarət yetirib.
Belə ki, Buzovna qəsəbəsində kişi ailə münaqişəsi zəminində həyat yoldaşı 1987-ci il təvəllüdlü Hacıyeva Xalidə Zabit qızı və qayınanası, 1961-ci il təvəllüdlü Abdullayeva Güladə Sabir qızını döyərək xəsarət yetirib.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.