Pirallahıda oğul atasını döydü
    • 4-10-2019, 23:17
    • 998

Pirallahıda oğul atasını döydü

Pirallahı rayonunda döyülmə hadisəsi baş verib.

News24.az xəbər verir ki, Cilov adasında Mahmudov Namiq Aydın oğlu ailə münaqişəsi zəminində atası, 1973-cü il təvəllüdlü Mahmudov Aydın Məmmədağa oğlunu döyərək xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. A.Mahmudova qapalı kəllə-beyin travması, sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.