Buzovna Maştağa yolunda avtomobil qəzası baş verib- YARALANANLAR VAR
    • 22-08-2019, 09:21
    • 993

Buzovna Maştağa yolunda avtomobil qəzası baş verib- YARALANANLAR VAR

Buzovna Maştağa yolunda avtomobil qəzası baş verib. 

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, təcili tibbi yardıma çağırış saat 22.55-də daxil olub.

Həkim briqadası hadisə yerindən 3 qadın götürüb. 47 yaşlı qadında sağ bazu sümüyünün yerdəyişmiş sınığı, 59 yaşlı qadında sağ baldırın əzilməsi, 61 yaşlı qadında isə alının hematoması diaqnozu ilə 3 saylı xəstəxanaya çatdırılıblar.

Vəziyyətləri orta ağır kimi qiymətləndirilir.