Bakı-Ələt yolunda ağır qəza - 2 ÖLÜ, 5 YARALI
    • 18-12-2019, 12:02
    • 990

Bakı-Ələt yolunda ağır qəza - 2 ÖLÜ, 5 YARALI

Bakı-Ələt yolunda yol qəzası baş verib.

Səhiyə Nazirliyindən News24.az-a verilən məlumata görə, baş verən qəza barədə məlumat Təcili Tibbi Yardıma saat 10:15-də daxil olub:
"Hadisə nəticəsində bir nəfər yerində, bir nəfər 60 yaşlı kişi isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 5 nəfər yaralı (68, 28, 25 yaşlı kişilər və 43, 33 yaşlı qadınlar) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə aparılıblar. yaralılardan birinin vəziyyəti ağırdır, reanimasiyaya yerləşdirilib. Digər yaralılara hazırda lazımi tibbi yardım göstərilir. Hazırda vəziyyətləri orta-ağır kimi qiymətləndirilir".