Novxanı yolunda ağır yol qəzası- ÖLƏN VƏ YARALANANLAR VAR
    • 4-11-2019, 15:24
    • 866

Novxanı yolunda ağır yol qəzası- ÖLƏN VƏ YARALANANLAR VAR

Novxanı Pirşağı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. News24.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər qadın hadisə yerində dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, baş verən avtoqəza ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış 13:10-da daxil olub.
44 yaşlı kişi bud sümüyünün sınığı, 2 azyaşlı uşaq isə daxili qanaxmaya şübhə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Yaralılara lazımi tibbi yardım göstərilir.

Afaq Mirayiq