207 nömrəli məktəbdən baş vermiş hadisə ilə bağlı - RƏSMİ AÇIQLAMA
Hadisə
İyunun 6-da 207 nömrəli tam orta məktəbin XI sinif şagirdləri məktəb rəhbərliyinin razılığı və rəqs müəllimlərinin iştirakı ilə təhsil müəssisinin həyətyanı sahəsində "Son zəng" tədbirinə hazırlıq məşqlərini edərkən gözətçi uşaqların məşqinə mane olub.
Bu barədə sözügedən məktəbin News24.az-a verdiyi açıqlamada qeyd olunub.
"Buna görə şagirdlər ona öz iradlarını bildirib, nəticədə kiçik mübahisə yaranıb. Şagirdlər tərəfindən gözətçiyə qarşı heç bir təzyiq göstərilməyib.
Məsələ ilə əlaqədar məktəb rəhbərliyi tərəfindən şagirdlər, valideynlər və sinif rəhbərləri ilə görüş keçiriləcək, müvafiq söhbət aparılacaq, nəzarət tədbirləri gücləndiriləcək", deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ötən gün 207 nörməli məktəbdə Xl siniflərlə nəzarətçi arasında insident baş verdiyi barədə xəbər yayımlamışdıq.