Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF
Dünya
"Tehran İslamabad və Yeni Dehli arasında danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır".
Publika.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığından sonra bildirib.
"İran İslam Respublikası Pakistan və Hindistan arasında davamlı sülhün bərqərar edilməsinə yönəlmiş istənilən hərəkəti alqışlayır və bu məqsədə çatmaqda vasitəçi rolunu oynaya bilər", - Pezeşkianın saytında dərc olunmuş press-relizdə deyilir.
Qeyd edilib ki, siyasətçi Şərifin Pakistana səfər dəvətini də qəbul edib və iki ölkə arasında əlaqələrin genişlənəcəyinə ümid etdiyini bildirib.