"Araz-Naxçıvan" legioneri ilə müqaviləni yenilədi

"Araz-Naxçıvan" legioneri ilə müqaviləni yenilədi İdman


"Araz-Naxçıvan" futbolçusu Vanderson Melo ilə müqaviləni yeniləyib.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Naxçıvan klubunun rəsmi saytı məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi daha bir il "qırmızı qurdlar"ın formasını geyinəcək.

Qeyd edək ki, Vanderson Melo 2023-cü ilin yayından "Araz-Naxçıvan"ın şərəfini qoruyur.