Yardımlıda dağlıq zonada YANĞIN - HELİKOPTER CƏLB OLUNDU
    • 22-08-2019, 12:16
    • 1 046

Yardımlıda dağlıq zonada YANĞIN - HELİKOPTER CƏLB OLUNDU

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata  görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.