Şamaxıdakı yanğın söndürüldü - FHN
    • 22-08-2019, 18:24
    • 776

Şamaxıdakı yanğın söndürüldü - FHN

Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən saat 17:10-da söndürülüb.

Bu barədə News24.az-a FHN-nin mətbuat xidmətindən bildirilib.

****
16:22 


Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonunun Meysəri kəndi yaxınlığında quru ot sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən News24.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin 64 nəfərlik şəxsi heyəti və texnikası cəlb olunub.