Bu ölkənin mərkəzində - DAĞIDICI ZƏLZƏLƏ

Bu ölkənin mərkəzində - DAĞIDICI ZƏLZƏLƏ Maraqlı


Kolumbiyanın mərkəzi hissəsində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “İnterfaks” Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinə istinadla məlumat yayıb.

İyunun 8-i Bakı vaxtı ilə saat 17:08-də qeydə alınan zəlzələnin episentri Vilyavitensio şəhərindən 73 kilometr şimal-şərqdə yerləşib.

Zəlzələnin episentrindəki intensivlik “dağıdıcı” kimi qiymətləndirilir.

Ölkənin aidiyyəti qurumları dağıntı və tələfatla bağlı hələlik heç bir məlumat yayıb.