Tərtərdə yol qəzası oldu
Hadisə
Tərtərdə yol nəqliyyat hadisəsi baş verib.
News24.az Teleqraf-a istinadla bildirir ki, Heydər Əliyev prospektində yerləşən idman kompleksinin yaxınlığında baş verib.
İki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan rayon sakinləri 1979-cu il təvəllüdlü Aynurə Quliyeva, 1983-cü il təvəllüdlü Niyaz Sadıqov və 1958-ci il təvəllüdlü Qulu Quliyev xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.