İyunun ortalarından lisenziyalar ləğv ediləcək: - Qərar təsdiq olundu

İyunun ortalarından lisenziyalar ləğv ediləcək: - Qərar təsdiq olundu Dünya

2025-ci ilin iyun ayından etibarən Rusiyada sərxoş vəziyyətdə avtomobil idarə edən, tibbi müayinədən imtina edən və ya sükanı sərxoş şəxslərə təhvil verən sürücülərin müəyyən edilməsinə yönəlmiş genişmiqyaslı yol polisi kampaniyasına start verilir. 

News24.az xəbər verir ki, bu tədbirlərin məqsədi yol hərəkəti təhlükəsizliyini artırmaq və ağır nəticələrlə nəticələnən qəzaların qarşısını almaqdır.

Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi (DYHTM) tərəfindən həyata keçiriləcək tədbirlərin əsas hədəfi aşağıdakı 3 sürücü kateqoriyasıdır:

Alkoqol vasitələrin təsiri altında avtomobil idarə edənlər

Tibbi müayinədən keçməkdən imtina edənlər

Sükanı sərxoş sərnişinə verən sürücülər

Cəza tədbirləri sərtləşdirilib

Bu pozuntulara görə 1,5 ildən 2 ilə qədər sürücülük hüququndan məhrumetmə və 30 min - 45 min rubl məbləğində cərimələr tətbiq olunacaq. Əgər qayda pozuntusu təkrar baş verərsə, sanksiyalar daha da sərtləşdirilir və sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslər cinayət məsuliyyəti daşıyacaqlar.

Mənbələrə görə, sərxoş sürücülərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı xüsusilə yay aylarında əhəmiyyətli dərəcədə artır. Bu da yol hərəkətinin iştirakçıları üçün ciddi təhlükə yaradır. Məhz buna görə də 2025-ci ildə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi nəzarəti gücləndirərək ölkə miqyasında reydlərə başlayır.

Aqil