“Uşağı şillələmək lazımdır” – Maskın atası
Hadisə
İlon Maskın atası Errol Maskın son çıxışı diqqət çəkib.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, “İzvestiya”nın müxbirinə valideyn kimi açıqlama verib.
“Uşağın dahi olması üçün onu çoxlu şillə ilə böyütmək lazımdır”, – deyə E.Mask qısaca deyib.
Qeyd edək ki, Maskın atası forumda iştirak etmək üçün Moskvaya iyunun 8-də gəlib.
Təşkilatçılar bildiriblər ki, əsas məsələ Rusiyanın yaxın 25 ildə inkişafı olacaq.
Xatırlaqdaq ki, İlon Errol Maskın birinci arvadı Maydan dünyaya gələn ilk övladıdır. Bundan başqa onun Kimbal və Toska adlı daha iki oğlu var.