Dünən temperatur iqlim normasından 3 dərəcə yuxarı olub
    • 22-08-2019, 15:14
    • 1 127

Dünən temperatur iqlim normasından 3 dərəcə yuxarı olub

"Dünən Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 3 dərəcə yuxarı olub”. 

News24.az APA-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, bu gün də temperaturun iqlim normasından yuxarı olacağı gözlənilir: "Avqust ayının ilk yarısında şimal və şimal-qərb küləklərinin əsməsi ilə əlaqədar nisbətən sərin hava şəraiti müşahidə olunurdu. Avqustun 16-dan başlayaraq cənubdan isti hava axınlarının ölkə ərazisinə daxil olması ilə əlaqədar temperaturun yüksəlməsi müşahidə olunur. Hazırda ölkə ərazisində günəşli, yağmursuz və isti hava şəraiti hökm sürür”.

A.Verdiyev deyib ki, isti hava şəraiti avqqustun 23-24-də da davam edəcək.