Laboratoriyada balıq yaratdılar
Maraqlı
ABŞ Qida və Dərman İdarəsi (FDA) laboratoriyada istehsal edilən ilk balıq növü olan "kultura somonu" təsdiqləyib.
News24.az xəbər verir ki, hazırlanmış "kultura somonu" FDA tərəfindən ictimai istehlak üçün təhlükəsiz hesab edilib.
Sözügedən məhsul bu təsdiqi alan ilk süni balıq məhsulu olub.
FDA rəsmiləri bazar təhlükəsizliyinin ilkin qiymətləndirilməsi nəticəsində “hazırda heç bir narahatlıq olmadığını” deyiblər.
Açıqlamada bildirilib ki, məhsul digər ənənəvi istehsal edilən balıqlarla oxşar təhlükəsizlik səviyyəsinə malikdir.
Günel Məlikzadə