Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi sabah başa çatacaq
    • 22-08-2019, 18:10
    • 780

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi sabah başa çatacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi sabah başa çatacaq.

Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, avqustun 19-da start verilən müsahibə mərhələsi avqustun 23-dək davam edəcək. Avqustun 19, 20 və 21-də müsahibə mərhələsində 1976 namizəd iştirak edib. Ümumilikdə  müsahibə mərhələsində  vakant yer tutmuş 3728 nəfərin iştirakı nəzərdə tutulub.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.