"Taxta bazarındakı yanğın 1500 kvadratmetr ərazini əhatə edir" - ETİBAR MİRZƏYEV
    • 22-08-2019, 18:36
    • 700

"Taxta bazarındakı yanğın 1500 kvadratmetr ərazini əhatə edir" - ETİBAR MİRZƏYEV

Taxta bazarında baş verən yanğın 1500 kvadratmetr ərazini əhatə edir.

Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib. O bildirib ki, yanğın tam nəzarətə götürülüb: "Yanğınsöndürmə işləri davam etdirilir. Əraziyə təxminən 25-dən artıq yanğınsöndürmə texnikası, 200-dən artıq canlı qüvvə cəlb olunub. Yanğının səbəbləri araşdırılıb məlumat veriləcək". /apa/