Taxta bazarında baş verən yanğının söndürülməsinə FHN-nin gec gəlməsinə Nazir müavininin münasibəti
    • 22-08-2019, 20:32
    • 976

Taxta bazarında baş verən yanğının söndürülməsinə FHN-nin gec gəlməsinə Nazir müavininin münasibəti

Fövqəladə Hallar Nazirinin müavini Etibar Mirzəyev taxta bazarında baş verən yanğının söndürülməsinə FHN-nin texnikalarının gec gəlməsinə münasibət bildirib. 
News24.az xəbər verir ki, o bildirib ki, bu barədə yayılan məlumat yanlışdır: 
"Yanğın yerində 3-4 dəqiqə aralıqda yerləşən bölməmiz var. Yanğın baş verən zaman əraziyə briqada cəlb edilib. Burada əsas məsələ suyun çatışmazlığıdır. İlk öncə su daşınma yolu ilə həyata keçirildi. Daha sonra isə su mənbəyindən magistral çəkildi, yanğın tam söndürüldü".
Nazir müavini bidirib ki, yanğının yayılma təhlükəsi yoxdur: "Taxtalar bir-bir boşaldılır və su vurulur ki, yenidən yanğın baş verməsin. Taxta bazarında baş verən yanğının səbəbi hələlik məlum deyil".
E.Mirzəyev qeyd edib ki, Lənkəran, Lerik, Yardımlı, Şamaxı və digər rayonlarda yanğınların sayı kəskin artıb: "Yanğınların qarşısının alınması üçün işlər görülür"./Oxu.az/