Partlayışlar, dağılan evlər - İsrail nələr etdi? - FOTOlar

Partlayışlar, dağılan evlər - İsrail nələr etdi? - FOTOlar Dünya

Xəbər verdiyimiz kimi, İsrail İrana hücum edib.

News24.az İsrailin bu səhər İrana endirdiyi zərbələrlə bağlı əsas xəbərləri təqdim edir:

▪️Tehranda partlayışlar barədə ilk xəbərlər Moskva vaxtı ilə səhər saat üç radələrində yayılıb.

▪️Tezliklə İsrail ordusu bütün İran ərazisində nüvə proqramı ilə əlaqəli olduğu iddia edilən onlarla hədəfə, eləcə də hərbi obyektlərə hücum etdiyini bildirdi.

▪️Tehranda yüksək rütbəli hərbçilərin yaşadığı yaşayış kompleksində evlər dağıdılıb.

▪️İranın Natanzdakı nüvə obyektində də partlayışlar olub.

▪️İran mediası SEPAH komandirinin və üç nüvə fizikinin ölümünü təsdiqləyib.

▪️Səhər saatlarında İran Baş Qərargah rəisinin İsrailin hücumları nəticəsində öldürüldüyü məlum olub.

▪️İranın Ali Rəhbəri deyir ki, o, ölkənin silahlı qüvvələrinə İsrailin zərbələrinə cavab vermək üçün "hərəkət azadlığı" verir.

▪️İsrailin müdafiə naziri İranın cavabını gözləyərkən fövqəladə vəziyyət elan edib.

▪️İsrail ordusu İrana qarşı əməliyyata başladıqdan sonra minlərlə ehtiyatda olan hərbçinin orduya çağırılması əmri verib.

▪️Tramp İsrailin İrana zərbələri fonunda Nazirlər Kabinetinin iclasını keçirir.

▪️ABŞ İsrailə yardım etmədiyini bildirir.

Günel Məlikzadə

İranın SNN telekanalı İsrailin zərbələrindən sonra Tehrandan çəkilmiş görüntüləri yayıb:

Partlayışlar, dağılan evlər - İsrail nələr etdi? - FOTOlar