Tərtərdə narkotik becərən şəxs SAXLANILDI - FOTO
    • 23-08-2019, 12:03
    • 772

Tərtərdə narkotik becərən şəxs SAXLANILDI - FOTO

Tərtər Rayon Polis şöbəsinin əməkdaşları 13 ədəd çətənə kolları aşkar edib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Tərtər şəhər sakini, əvvəllər məhkumluğu olan Seymur Əliyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 13 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.