Dəhşət! 10 yaşlı qızının qarşısında arvadının boğazını kəsdi- VİDEO
    • 23-08-2019, 12:47
    • 1 733

Dəhşət! 10 yaşlı qızının qarşısında arvadının boğazını kəsdi- VİDEO

Türkiyədə qandonduran olay baş verib.Kırıkale şəhərində Fedai Baran adlı şəxs kafedə 4 il öncə ayrıldığı həyat yoldaşı Emine Bulutun boğazını 10 yaşlı qızının gözü qarşısında kəsib.

News24.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, 
43 yaşlı qadını vəhşiçəsinə öldürən keçmiş əri hadisə yerindən qaçıb. Ətrafdakılatın çağırdığı təcili tibbi yardım E.Bulutu xəstəxanaya yerləşdirib.
Amma həkimlərin səylərinə baxmayaraq, Əminə Bulutun həyatını xilas etmək mümkün olmayıb. Cütlüyün 10 yaşlı qızı gördüyü hadisənin təsirindən şok keçirib.

Cinayətlə bağlı istintaq başladılıb. Polislər tərəfindən saxlanılan F.Baran verdiyi ifadədə "qızımın qəyyumluğu ilə bağlı danışırdım, Əminə məni təhqir etdi. Mən də qəzəblənib onu boğazından bir neçə dəfə bıçaqladım" deyib. Cani həbs edilərək, həbsxanaya göndərilib.
E.Bulutun hadisə yerində çəkilmiş görüntüləri ortaya çıxıb. Keçmiş əri tərəfindən bıçaqlandıqdan sonra çəkilən görüntüdə qanlar içində qalan E.Bulutun "Ölmək istəmirəm" deyərək, fəryad etdiyi görüntülənib. Qızı isə "Ana, yalvarıram ölmə" deyərək anasının başını tutaraq ağlayıb.
Sözügedən cinayət hadisəsi Türkiyənin gündəminə çevrilib. Məşhurlar sosial şəbəkədə cinayət barədə sərt reaksiya veriblər.