Binədə QANLI HADİSƏ
    • 23-08-2019, 13:05
    • 578

Binədə QANLI HADİSƏ

Avqustun 21-də DİN-in “102 - Zəng Mərkəzi”nə Südçülük Sovxozu adlanan ərazidə bir nəfərin yaralı halda yerə yıxılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, dərhal Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlib və  yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub. 

Araşdırmalarla həmin şəxsin Binə qəsəbəsində yaşayan Azər Quliyev olduğu, mübahisə zəminində ona bıçaqla xəsarət yetirildiyi müəyyən edilmişdir.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Aydın Quliyev saxlanıb. O, törətdiyi əməli etiraf edib.  
Faktla bağlı araşdırma aparılır.