-
- 23-08-2019, 18:12
- 2 891
40 dərəcə istidə fəvvarəsiz FƏVVARƏLƏR MEYDANI - FOTOSESSİYA
“Bu fəvvarələri nədən ötrü bura qoyublar bilmirəm. Adam bu istidə sərinlənmək üçün fəvvarənin yanına gəlir, o da işləmir”. Bunu News24.az-a Bakı sakini Əlimurad Heydərov deyir. Digər Bakı sakini Zeynəb Əliyeva isə bildirir ki, fəvvarələr əsəblərini sakitləşdirdiyi üçün çox sevir: “Mən harda fəvvarə varsa, ora gedirəm, baxdıqca ürəyim açılır, əsəblərim sakitləşir. Amma heyif ki, gəlmişəm, bağlıdır”.
Emin Məmmədov adlı sakin isə yayda fəvvarələrin daim işləməsinin vacibliyini vurğulayır: “Gördüyünüz kimi, son günlər havalar çox isti keçir. İnsanlar da fəvvarələrin yanında sərinlik tapır. Belə isti havalarda fəvvarələr fasiləsiz işləməlidir".
Məsələyə münasibət bildirən Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsinin rəisi Qəhrəman Məmmədov News24.az-a bildirib ki, fantanlar səhər saat 8:30-dan 10:00-dək, günorta saat 17:00-dan, axşam saat 22:00-dək çalışır: “Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev parkı, Səməd Vurğun bağındakı parkda günorta əhali çox olduğuna görə, həmin saatlarda parklarda fəvvarələri işlədirik. Ancaq əksər parklarda günorta vaxtlarında hava çox isti olanda insanlar parklara demək olar ki, çıxmırlar. Heç kim olmur, özümüz gəzirik, təmizliklə məşğul oluruq, görürük ki, 35-40 dərəcə isti olan vaxtlarda heç kim yoxdur. Ona görə, fəvvarələrin o qədər əhəmiyyəti də yoxdur və ancaq həmin bu fasilə vaxtlarında fəvvarələrin işinə nəzarət edirik. Fəvvarələr işləmədiyi vaxt suyu təmizlənir və onlara texniki qulluq göstərilir”.
Qeyd edək ki, idarənin balansında olan 48 fəvvarə, 1 göl və 1 hovuz oktyabr ayından etibarən qış rejimində fəaliyyət göstərəcək.
Foto: Fərid Şabanov