Əkrəm İmamoğlu hakim qarşısında
Gündəm
İstanbul Böyükşəhər Bələdiyyəsini hədəf alan əməliyyat zamanı həbs edilən Əkrəm İmamoğlu bu gün iki ayrı iş üzrə hakim qarşısına çıxır.
News24.az xəbər verir ki, İmamoğlu İstanbul baş prokuroru Akın Gürleki hədəfə aldığı iddiası ilə ona qarşı açılan işdə ilk olaraq bu gün müdafiə edəcək.
İstanbul 14-cü Ağır Cəza Məhkəməsinin Silivridəki Mərmərə Cəza Müəssisələri Kampusunun məhkəmə zalında keçirilən iclası saat 11.20-də başlayıb.
Qeyd edək ki, məhkəməyə İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, oğlu Səlim İmamoğlu, millət vəkilləri, Bələdiyyə Başçısı Sinem Dedetaş, çox sayda tamaşaçı və tərəflərin vəkilləri də qatılıb.
Günel Məlikzadə