Ata və iki qızı - Həyatını İtirdi
Hadisə
Adananın Seyhan rayonunda ürəkdağlayan yol qəzası baş verib.
News24.az xəbər verir ki, Mersindən qayıdan 42 yaşlı Metin Yıldırım, 8 yaşlı qızı Aylin və 6 yaşlı qızı Selin ilə birlikdə olduğu pikap avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində su kanalına aşıb. Qəza nəticəsində ata və iki azyaşlı qızı həyatını itirib.
Hadisə şahidlərinin müdaxiləsinə baxmayaraq, ailənin cansız bədənləri kanaldan çıxarılıb və Adana Adli Tıp Qurumuna aparılıb. Məlum olub ki, Metin Yıldırım "Babalar Günü" münasibətilə mərhum atasının qəbrini ziyarət etdikdən sonra evlərinə dönərkən bu faciə yaşanıb.
Yıldırım ailəsinin itkisi bölgədə dərin kədər doğurub.
Səma Orucova