Pul islahatları BAŞLAYIR - Bu tarixdən...

Pul islahatları BAŞLAYIR - Bu tarixdən... İqtisadiyyat


Rusiya Mərkəzi Bankı ölkənin maliyyə sistemində son onilliklərin ən ciddi yeniliyinə start verir. 

News24.az xəbər verir ki, iyul ayından etibarən rəqəmsal rubl dövriyyəyə buraxılacaq. Bu, həm nağd, həm də nağdsız pul vəsaitlərini tamamlayacaq prinsipcə yeni valyuta formasıdır və 1990-cı illərdən sonra ilk dəfə ölkənin pul sistemində bu miqyasda islahat həyata keçirilir.

Bu, Rusiya Mərkəzi Bankı tərəfindən birbaşa buraxılan elektron pul formasıdır və ənənəvi rublla eyni dəyərə malikdir. Bank depozitlərindən fərqli olaraq, rəqəmsal rubl "nağd pulun rəqəmsal ekvivalentidir" və xüsusi texnologiyalar sayəsində internet bağlantısı olmadan belə istifadəyə yararlıdır. 

Bu, xüsusilə ucqar bölgələrdə və ya metro kimi məhdud şəbəkə sahələrində böyük rahatlıq təmin edəcək.