Oğuzda meşə yanır FHN təyyarə və iki helikopter göndərdi
    • 25-08-2019, 11:34
    • 841

Oğuzda meşə yanır FHN təyyarə və iki helikopter göndərdi

Oğuz rayonunda dağlıq ərazidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən News24.az -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Baş Daşağıl kəndi yaxınlığındakı mürəkkəb relyefi dağlıq ərazidə, meşədə yanğın olması barədə məlumat daxil olub.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və Aviasiya dəstəsinin “BE 200 ÇS” tipli amfibiya təyyarəsi, 2 ədəd helikopteri cəlb edilib.