Ramil Quliyev Parisdə ikinci oldu
    • 25-08-2019, 12:21
    • 821

Ramil Quliyev Parisdə ikinci oldu

Fransanın paytaxtı Parisdə keçirilən Brilyant Liqada azərbaycanlı atlet Ramil Quliyev II olub.
News24.azxəbər verir ki, Türkiyə adından çıxış edən Quliyev 200 metr məsafəyə qaçışda finişə 20.01 saniyəyə çatıb.
I yeri ABŞ atleti Noy Layls tutub. O, 19.65 nəticə ilə yamaykalı məşhur atlet Useyn Boltun rekordunu yeniləyib. III pilləni isə 20.13 nəticə ilə kanadalı Aaron Braun tutub.
Qeyd edək ki, bu nəticə ilə Ramil Quliyev sentyabrın 6-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Brilyant Liqanın final mərhələsinə vəsiqə qazanıb. Bundan başqa, dünya və Avropa çempionu olmuş Ramil 28 sentyabr-6 oktyabr tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatında iştirak edəcək.
Onu da bildirək ki, üçtəkanla tullanma yarışlarında Azərbaycanı Aleksis Kopelyo təmsil edib. Kubalı legionerimizin üç cəhdindən ilki cəriməyə görə hesaba alınmayıb. Nəticədə Kopelyo 16.64 metrə tullanmaqla VIII yeri tutub.