Pensiyalar indeksləşdiriləcək - Artım faizi...
    • 21-06-2025, 19:48
    • 22 759

Pensiyalar indeksləşdiriləcək - Artım faizi...

Pensiyanın sığorta hissəsi 2026-cı il aprelin 1-dən əmək haqqının artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

News24.az Bu barədə TASS-a Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) əmək və əhalinin sosial müdafiəsi naziri Anton Kotyakov bildirib.

Onun sözlərinə görə, gələn ilin büdcəsi hazırlanarkən bu nəzərə alınacaq. Nazir xatırladıb ki, son illər pensiyalar yanvarın 1-dən faktiki inflyasiyanın səviyyəsinə uyğun olaraq indeksləşdirilib.

2026-cı ildə Rusiyada pensiyalar iki mərhələdə indeksləşdiriləcək. Fevralın 1-dən onlar ötən ilin inflyasiyasına uyğun olaraq artırılacaq. Aprelin 1-dən etibarən pensiyalar Rusiya Federasiyasının Sosial Fondunun gəlirlərinə mütənasib olaraq artacaq.

Aqil